Prezident İlham Əliyev xüsusi cəsarət və lidelik nümayiş etdirdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri qalib Sərkərdənin işğaldan azad olunmuş torpaqlarda Azərbaycan Xalqı ilə birlikdə qeyd etdiyi Zəfər Bayramı idi. Ələlxüsusda bu səfərin Milli Dirçəliş Günü ərəfəsində baş tutması həm siyasi, həm də tarixi aspektdən mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri XALQ.AZ-a Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevin 16 noyabr tarixində Füzuli və Cəbrayıl rayonlarına səfərini şərh edərkən Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat açıqlamasında qeyd etdi ki, Cənab Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan yenicə azad olmuş, tam təhlükəsizliyi təmin olunmamış, minalardan tam təmizlənməmiş, rayonlara səfər etməklə bir daha xüsusi cəsarət və lidelik nümayiş etdirdi. Bütün dünyaya göstərdi ki, bu torpaqlar vahid Azərbaycan dövlətinin ərazisidir. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin bu səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.

Millət vəkili açıqlamasında Xalq-İqtidar birliyinin sarsılmaz vəhdətini xüsusi vurğulayaraq qeyd etdi ki, bölgələrdə Prezidentin izdihamla qarşılanması Azərbaycan cəmiyyətindəki həmrəylikdən xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirdi. Azərbaycan Xalqı, Müzəffər Ali Baş Komandanını alqışlarla, tükənməz bir sevgi ilə qarşıladı. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hislərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.

T.Cəfərova xüsusilə qeyd etdi ki, Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır. Beləki, Azərbaycan vətəndaşları ötən illər ərzində qonşu İran dövlətinə səfər edərkən, tarixi Xudafərin körpüsünə uzaqdan, həsrətlə baxırdılar. Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış böyük Qələbə nəticəsində bu həsrət sona çatdı. Azərbaycan Xalqı üçün Xüdafərin körpüsü hər zaman birlik, həmrəylik rəmzi olmuşdur. Məhz buna görə də Cənab Prezidentin Xudafərin körpüsünü ziyarət etməsinin böyük rəmzi mənası var.

Sonda T.Cəfərova qeyd etdi ki, Cənab Prezidentin Biz birlikdə güclüyük” şüarı Azərbaycan xalqının güzgüsünə çevrilmişdir. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Bu ideoloji əsası formalaşdıran isə

Cənab Prezident, Ali Baş Komandan İlham Əlyevin siyasi iradəsi, qətiyyəti və BÖYÜK LİDERLİYİDİR.