Prezident Mərakeşə yeni səfir təyin edib

Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

XALQ.AZ xəbər verir ki,  müvafiq sərəncamı oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elşən Xanlar oğlu VəliyevUkraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin olunub.

 

 

Orxan