Prezident nazirləri və xidmət rəislərini təltif etdi-Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncama əsasən, Müdafiə naziri general-polkovnik Həsənov Zakir Əsgər oğlu, Daxili İşlər naziri general-polkovnik Eyvazov Vilayət Süleyman oğlu, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Quliyev Elçin İsağa oğlu, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Nağıyev Əli Nağı oğlu, Xarixi Kəşfiyyat İdarəsinin rəisi general-polkovnik Sultanov Orxan Sedyar oğlu, “Zəfər” ordeni ilə təltif ediliblər.

Sərəncama əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Rəhimov Arzu Yusif oğlu, Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general -leytenant Şahin Məmmədov, “Qarabağ” ordeni ilə təltif ediliblər.

Qeyd edək ki, Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş bu hərbi qulluqçular təltif ediliblər.