Prezident Oman Sultanına başsağlığı verdi

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heysəm bin Tariq Səidə başsağlığı verib.

XALQ.AZ məktubunun mətnini təqdim edir:

“Əlahəzrət,

Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Kabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”.

XALQ.AZ