Prezident pul ayırdı

Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
XALQ.AZxəbər verir ki, dövlət başçısı 3 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 milyon manatını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.
Orxan