Prezident Putinlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya lideri Vladimir Putinin görüşü olacaq.

XALQ.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşündə deyib.

“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşməyimizdən məmnun olacağıq” – deyə V.Putin bildirib.