Prezident qohumlarına vəzifə paylayır

Prezident

Tacikistan prezidenti Emomali Rahmon Xarici İşlər Nazirliyində rəhbər vəzifələrə öz yaxın qohumlarını qoyub.

XALQ.AZ-ın məlumatına görə, prezidentin qızı Ozoda Rahmon xarici işlər nazirinin birinci müavini olub. Bundan əvvəl o, nazirin müavini idi.

Eyni gündə – mayın 15-də prezidentin kürəkəni Aşraf Gulov Tacikistanın Rusiyadakı baş konsulu təyin edilib.

Keçən həftə isə prezident öz bacısı oğlu Sirojiddin Gulmurodovu Xatyon vilayətinin vergi xidmətinin rəisi vəzifəsinə qoymuşdu.

İ.Rahmonun digər kürəkəni – Jamoliddin Nuraliyev uzun müddətdir ki, maliyyə nazirinin müavinidir.

Prezidentin böyük oğlu Rustam Emomali isə keçən ilin axırında Tacikistanın Gömrük Xidmətinin rəisi təyin olunub.