Prezident Rəhman Hacıyevi sədr təyin etdi

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinə sədr təyin edib.

XALQ.AZ xəbər verir ki, sərəncama əsasən, Rəhman Tofiq oğlu Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin olunub.

Qeyd edək ki, Rəhman Hacıyev 1news.az informasiya agentliyinin baş redaktorudur.