Prezident Şəmkirdə məktəb-liseyin yeni binasının açılışında – YENİLƏNİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdə rayonuna səfər edib.

Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Bərdə şəhərində ucaldılmış abidəsini ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.