Prezident Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.

Bu barədə “Kun.uz” yazıb.

Bildirilib ki, iyulun 4-də Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılacaq.

Qeyd olunub ki, sammit virtual formatda baş tutacaq.