Prezident təklif etdi, Milli Məclis qanunu dəyişdi

Milli Məclis “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə layihəni müzakirə edib.

 

XALQ.AZ xəbər verir ki,  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2017-ci ilin dekabrında qanuna əhəmiyyətli dəyişikliklər edilib:

“Biz qanunun 19, 70, 73-cü maddələrinə dəyişiklik etmişdik. İndi prezidentin təşəbbüsü ilə qanunun 29 maddəsinə əlavələr təklif edilir. Normativ hüququ aktlara dəyişiklik və ləğv edildikdə normativ hüququ aktlar göstərilir. İndi təklif edilir ki, ad və rəqəm dəyişikliyi zamanı normativ hüquq aktlar yazılmasın. Bu ancaq işin çevikliyi baxımından vacibdir”.

 

 

Orxan