Prezident təsdiq etdi- Bu ölkədə Azərbaycanın səfirliyi açılır

Azərbaycanın Əfqanıstanda (Kabil şəhərində) Səfirliyi təsis ediləcək. 

XALQ.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Nazirlər Kabinetinə  Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.