Prezident Tacikistana rəsmi səfərə dəvət edildi

prezident ilham əliyev

Tacikistanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.

XALQ.AZ xəbər verir ki, dəvət iyulun 12-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan telefonla danışığında edilib.

Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.