Prezident tarlada (FOTO)

P-1

Rusiya Federasiyası prezidenti Vladimir Putinin Stavropol vilayətinə səfəri reallaşıb.

XALQ.AZ-ın məlumatına görə, Rusiya prezidenti çərşənbə günü reallaşdırdığı səfər zamanı “Rossiya” kənd təsərrüfatı işçiləri ilə görüşüb. Prezident əkinçi sahibkarlarla söhbətlər edib.

Prezident bildirib ki, “Rossiya” əkinçilik kolxozu Şimali Qafqazın ən müvəffəqiyyətli iş birliyidir. Təxminən 90 ildir fəaliyyət göstərən qurum, hələ də kolxoz statusunu davam etdirir.

Kolxoz sədri Sergey Pyano dövlət prezidentinə məhsul müddətindən danışıb. Daha sonra Putin Stavropol Əkinçilik Universitetinə də baş çəkib. Prezident burada çıxışı zamanı əkinçiliyin inkişaf etdirilməsinin mühüm addım olduğunu bildirib.

P-1

 

P-2

P-3