Prezident uşaqlarla bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması haqqında”
qanunu imzalayıb.

XALQ.AZ  xəbər verir ki, 19 maddə və 5 fəsildən ibarət olan qanun  2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev həmçinin sözügedən qanunun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda bildirilir ki,  Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.

 

Orxan