Prezident və ailəsi Zəngilanda-Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

XALQ.AZ-ın məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilanda olarkən lentə aldığı görüntüləri rəsmi İnstaqram hesabında paylaşıb.

“Əziz həmvətənlər! İşğaldan azad olunmuş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyimiz səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram”, – deyə Mehriban Əliyeva qeyd edib.

****

“Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağaclarını əkdik. Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdı, 100-dən çox hektar sahədə unikal çinar ağacları orada dövlət tərəfindən qorunurdu”. 
Bunu Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı Zəngilan rayonunun ərazisindən keçərkən bildirib. 
İlham Əliyevin səfərini əks etdirən videoları Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşıb. 
Həmin videoları təqdim edirik: