Prezident Valeh Ələsgərova yeni vəzifə verdi

Prezident İlham Əliyev Valeh Ələsgərovun Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ  xəbər verir ki, sərəncamla Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

Qeyd edək ki, V. Ələsgərov 2005-ci ilin dekabrından Milli Məclis sədrinin müavinidir.