Prezident xələfinə medal verəcək

Gul-1

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın xələfi olan Abdullah Gülə jest edəcəyi bildirilir.

XALQ.AZ-ın xəbərinə görə, Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Cəmil Çiçəkdən 12-ci prezident olması barədə mandatını alacaq.

Bundan sonra R. T. Ərdoğan and içərək rəsmən Türkiyə Cümhuriyyətinin 12-ci prezidenti olacaq. Yerli vaxtla təxminən saat 14.10-da (Bakı vaxtıyla 16.10) Ərdoğanın prezident olması 101 top atışı ilə qeyd ediləcək.

Saat 17.20-də isə “Çankaya” köşkündə Abdullah Güllə Ərdoğan arasında təhvil-təslim mərasimi olacaq. Tərəflərin çıxışından sonra Ərdoğanın Abdullah Gülü “Dövlət Şərəf Ordeni” ilə təltif etməsi gözlənilir.

Türkiyə Cümhuriyyətinin ən ali mükafatı hesab olunan “Dövlət Şərəf Ordeni” Nazirlər Kabinetinin təklifi və prezidentin qərarı ilə verilir.