Prezident xalq artistini “Şöhrət” ordeni ilə təltif etdi

Azərbaycan xalq artistinin yanvarın 22-də 75 yaşı tamam olur.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacı İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Hacı Məcid oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan xalq artistinin yanvarın 22-də 75 yaşı tamam olur.

image description

 

Orxan