Prezident Xocalıda

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfəri çərçivəsində Xocalı rayonunun Sığnaq kəndində olublar.
İlham Əliyev burada Azərbaycan və Türkiyənin bayraqlarının, eləcə də bu ərazidə yolu inşa edən Türkiyənin “KOLİN” şirkətinin bayrağının asıldığını qeyd edib
Yolun üzrərində iki qardaş ölkənin – Azərbaycan və Türkiyə prezidentlərinin fotosunun olduğu lövhə qoyulub.
Prezident İlham Əliyev Sığnaq kəndinin azad olunmasının önəmindən danışıb:
“Xocalının Sığnaq və Çanağçı kəndlərinin işğaldan azad olunması Şuşa əməliyyatı üçün önəmli, xüsusi addımlar biri idi. Ordumuz böyük qəhrəmanlıq göstərib və bu kəndləri işğalçılardan azad etmişdir. Növbəti istiqamətimiz Daşaltı kəndi, daha sonra isə Şuşa olacaq”.

****

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə səfər zamanı Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində olublar. 
Mehriban Əliyeva “Instagram” hesabında bununla bağlı növbəti videonu paylaşıb. 
Videoda dövlət başçısı Böyük Tağlar kəndi barədə məlumat verib:
“Bura Azərbaycandır. Xocavənd rayonu, Böyük Tağlar kəndinin ərazisi. Baxın, necə də gözəldir bizim ölkəmiz. Bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan Ordusu azad edib”.