Prezident Yaponiyanın Baş nazirini təbrik etdi

“Bütün Yaponiya xalqını ürəkdən təbrik edirəm”

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Baş nazir, Osaka şəhərinin “Ekspo 2025” sərgisini keçirmək hüququnu qazanması münasibətilə Sizi və bütün Yaponiya xalqını ürəkdən təbrik edirəm.

Sizə və dost Yaponiya xalqına bu mötəbər tədbirin hazırlıq mərhələsində və keçirilməsində uğurlar arzulayıram”.

 

Orxan