Prezident 2 yeni səfir təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyaya yeni səfir təyin edilməsi haqqında sərəncam imzalayıb. 

XALQ.AZ xəbər verir ki, sərəncama əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 

***

Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.