Prezident yeni rəislər təyin etdi

Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.

XALQ.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən bu vəzifəyə Orxan Faiq oğlu Nəzərli təyin olunub.

Qeyd edək ki, O. Nəzərli dövlət başçısının digər sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.