Prezident yeni səfirlər təyin etdi-Fotolar

Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

iraqdaki-sefirimiz-o-oldu

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

****

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Sultan oğlu Zeynalovu vəzifəsindən geri çağırıb.

XALQ.AZ xəbər verir ki, Prezident bu barədə sərəncam imzalayıb.

Bu ölkədəki səfirimiz də dəyişdi

Dövlət başçısının digər sərəncamı ilə Qismət Füzuli oğlu Gözəlov Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

****

Əkrəm Akif oğlu Zeynallı Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Bünyad Səməd oğlu Hüseynov Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.