Prezident Ziyafət Əsgərovla bağlı sərəncam imzaladı

Ziyafət Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ziyafət Abbas oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.