Prezidentdən SƏRƏNCAM: birinci müavin icra başçısı oldu

Prezident İlham Əliyev Vaqif Bəhram oğlu Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamda bildirilib:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

Qeyd edək ki, Vaqif Həsənov Bakının Xəzər Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini idi.

 

 

Orxan