Prezidentdən Vasif Talıbovla bağlı – Sərəncam

Prezident İlham Əliyev V.Y.Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamda qeyd edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin.

XALQ.AZ