Prezidenti təbrik edirlər

Xorvatiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir: 

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə nailiyyətlər arzu etməkdən şərəf duyuram.

Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar arzulayıram.

Mən Azərbaycan və Xorvatiya arasında qarşılıqlı maraq doğuran bir çox sahələrdə, xüsusən də iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi üçün gələcək əməkdaşlığımızı və görüşlərimizi səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, Xorvatiya və Azərbaycan şirkətləri arasında daha yaxşı əməkdaşlığı təşviq etmək, qarşılıqlı investisiya qoyuluşlarına marağı stimullaşdırmaq xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirirəm”.

***

Çin lideri Azərbaycan Prezidentini təbrik edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Son illər Çin-Azərbaycan münasibətləri yüksək dinamika ilə inkişaf edir və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığımız genişlənir.

Cari ilin aprel ayında keçirilən ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu ərəfəsində Sizinlə keçirdiyim görüş zamanı ikitərəfli əlaqələrimiz və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı vacib razılaşmalar əldə etmişik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir, birgə səylərimizlə xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərimizin yeni mərhələyə yüksəlməsini arzu edirəm.

Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirəm”.

***

Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizi öz xalqının rifahı naminə çalışan təcrübəli dövlət xadimi kimi tanıyırlar. Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanıb, tərəqqi və quruculuq yolu ilə inamla irəliləyir.

Biz Sizi Rusiyanın böyük dostu, strateji tərəfdaşlığımızın, müxtəlif sahələrdə, o cümlədən parlament xətti ilə ikitərəfli faydalı əməkdaşlığımızın möhkəmlənməsi kursunun davamçısı hesab edirik.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və firavanlıq diləyim.

Sizə yüksək ehtiramıma əmin ola bilərsiniz”.

Orxan