Prezidentimiz İlham Əliyev Qürur və Zəfər tarixi yazdı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə, Almaniya Federativ Respublikasının Bonn şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin

MÜRACİƏTİ:


Hörmətli cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan, bu il Sizin yubileyinizdir. Siz xalqımızın nəhəng dəstəyi ilə Prezident seçilən gündən bütün qücünüzü, həyatınızın mənasını Azərbaycanın hərtərəfli inkişafına, Azərbaycan xalqının firavan yaşamasına, Dövlətimizin və Ordumuzun qüclənməsinə, Vətənimiz Azərbaycanın dünya xəritəsində layiqli yer tutmasına həsr edərək millidövlətçilik tariximizə yeni salnamələr həkk etmisiniz. Həyata keçirdiyiniz uğurlu siyasətiniz ölçüyəgəlməz miqyasda və saysız-hesabsız nailiyyətləri ilə dünyaya səs salıb.


Zati Aliləri


Siz 30 il ərzində mənfur düşmənlərimiz tərəfindən zəbt edilmiş torpaqlarımızı işğaldan azad edərək geri alinmasında Qürur və Zəfər tarixi yazdınız. 44 günlük Zəfər yürüşündə Sizin dünyanın nüfuzlü medialarına verdiyiniz müsahibələriniz, cəsarətli çıxışlarınız, bizi istəməyən qüvvələrə göndərdiyiniz qətiyyətli məsajlarınız Azərbaycan xalqının və dünya Azərbayçançılığının daha sıx birliyinə, daha çox həmrəy olmasına, Dəmir yumruq altında birləşməsinə uğurlu zəmin yaratdı. Xalq-Dövlət birliyimiz bütün bəşəriyyətə nümunə etalonu olaraq təqdim olundu və bu reallıq məhz Sizin iradəniz, praqmatik siyasətiniz sayəsində özünü danılmaz faktor olaraq isbatlamış oldu.


Cənab Prezident


2020-ci ildə, 44 günlük Vətən müharibəsində əzəli və əbədi olaraq torpaqlarımızı düşməndən azad etməklə biz Azərbaycan xalqına şərəfli günləri yaşatdınız. Xalqımızı, torpaqlarımızı, dağlarımızı, daşlarımızı sevindirdiniz, onları öz sahiblərinə qaytardınız. Hər çıxışlarınızda qürurla, Azərbaycan xalqının və ordusunun şərəfli, qürurlu olduğunu vurğuladiniz. Sizin cəsarətli bəyanatlarınız dünya azərbaycanlılarına sonsuz ruh bəxş etdi və xalqımızı 200 ildən sonra yenidən qalib xalq kimi tarixə yazdınız.
Zati Aliləri, Cənab Müzəffər Ali Baş Komandanımız Bütün bunları bizlərə yaşatdığınız üçün Sizə öz dərin təşəkkürlərimizi bildirir və bizim Prezidentimiz olduğunuz üçün çox qürur hissi duyduğumuzu sonsuz ehtiram hissi ilə ərz edirik. Fürsətdən istifadə edərək, Alman-Azərbaycan Dostluq Cəmiyyəti Sizin zəfər dolu yubileyinizi səmimi qəlbdən təbrik edir, Sizə və böyük ailənizə uzun ömür, çan sağlığı arzulayırıq.

Tanrı Sizi, xalqımızı və Azərbaycanımızı qorusun!


Dərin ehtiram və hörmətlə


Almaniyanın Bonn şəhərindən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Haciyeva