Prezidentin döyüşə getdi

34

 

XALQ.AZ   xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenkonun oğlu könüllü olaraq orduya yazılıb və hazırda cəbhə bölgəsindədir. APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, P. Poroşenko bunu CNN-ə müsahibəsində deyib. P. Poroşenko bildirib ki, ukraynalılar təhlükəyə qarşı durmağa və döyüşməyə hazırdır: “Bu, adi bir söz deyil. Mənim oğlum oradadır. Könüllü gedib. O, London İqtisad Məktəbini, Oksfordu, İNSEAD-ı (Fransız Biznes Məktəbi) bitirib. İndi artilleriya bölməsindədir. Son üç gündə onun taqımında 3 döyüşçü həlak olub”. P. Poroşenko bir vətəndaş və bir ata kimi sülhün nə qədər vacib olduğunu anladığını da vurğulayıb.

Qeyd edək ki, P. Poroşenkonun iki oğlu var – böyük oğlu Aleksey 1985-ci il, kiçik oğlu Mixail isə 2001-ci il təvəllüdlüdür.