Prezidentin helikopterinə milyard dollar xərcləndi

Hele

Pentaqon Ağ Ev üçün yeni helikopterlərin layihələndirilməsi və istehsalı üçün “Sikorsky Aircraft” korporasiyası ilə saziş bağlayıb.

XALQ.AZ-ın məlumatına görə, sazişin ümumi məbləği 1,24 milyard dollardır, ancaq prezidentin aviaparkının yeniləşdirilməsi üçün daha çox pul xərclənəcəyi vurğulanır. Məlumata görə, Ağ Ev üçün 21 helikopter alınacaq.

İlkin müqavilə helikopterlərin 6 sınaq nümunəsinin və pilotlar üçün iki trenajerin yaradılmasını nəzərdə tutur.

Yeni helikopterlər S-92 modelinə əsaslanacaq və 2023-cü ilədək hazır olacaq.