Prezidentin Naxçıvandakı nümayəndəsi Culfaya getdi

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dünən Culfa rayonunda olub, sakinlərlə görüşüb.

Xalq.az Qaynarinfo-ya istinadən xəbər verir ki, səlahiyyətli nümayəndə sakinlərin problemlərini dinləyib.

Fuad Nəcəfli problemlərin qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını vurğulayıb.