Prezidentin qızı qaçırıldı?

 

37

Rusiya prezidenti Vladimir Putinin qızı sevgilisi ilə birgə yaşadığı Amsterdamdakı evindən qaçıb. 

 

Xarici KİV-ə yayılan məlumatlara görə, Putinin qızının belə bir addım atmasına səbəb Malayziya təyyarəsinin qəzaya uğramasından sonra Rusiya prezidentinin hollandların qəzəbinə tuş gəlməsidir.

Yerli sakinlər hava limanına yaxın ərazidə yaşayan prezident qızını həmin qəzadan sonra görmədiklərini bildiriblər. Ehtimallara görə, Mariya Putinin yaşadığı evin dəyəri 3,39 milyon dollardır.

Xatırladaq ki, Malayziya hava yolarına aid “Boing-777” təyyarəsi iyulun 17-də Donetskdə qəzaya uğramışdı. Qəzada 298 nəfər həlak olmuşdu. ABŞ bəyan etmişdi ki, təyyarəni vuran terrorçular bunu Rusiyanın iştirakı olmadan edə bilməzdilər.

 

67