Prezident səfərdədir-Yenilənir

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

XALQ.AZ  xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Şəmkir rayonuna səfər edib.

Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərində ucaldılmış abidəsini ziyarət edib.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

****

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də Samux rayonuna səfər edib.

XALQ.AZ  xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Samux şəhərində ucaldılmış abidəsini ziyarət edib.

***

İlham Əliyev avqustun 7-də Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

***

Prezident Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.