Prezidentin yaxın cangüdəni vuruldu

Silah

Venesuela prezidentinin yaxın cangüdəni bazar günü paytaxt Karakasda vurulub.

Xalq.az-ın xəbərinə görə, Venesule prezidenti Nikolas Maduronun yaxın cangüdəni olan leytenant Marko Kortes vurularaq öldürülüb. Hadisəsinin araşdırılması üçün Karakas Prokurorluğu tərəfindən istintaq başladılıb.

Venesuela prezidenti yanında 6 ildən çox müddətdir ki, təhlükəsizlik qüvvələrinin leytenantı vəzifəsini yerinə yetirən Kortes hazırkı prezident Maduro ilə yanaşı, keçmiş dövlət başçısı Uqo Çavezin də cangüdənliyini edib.

Aparılan ilkin araşdırmalardan çıxarılan rəyə görə, Kortes avtomobili ilə hərəkət edərkən yanından keçən digər bir avtomobildən açılan atəş nəticəsində dünyasını dəyişib.

Xatırladaq ki, bundan əvvəl ölkənin keçmiş Kəşfiyyat idarəsi rəhbəri işləmiş təqaüdçü Kapitan Elieser Otaiza da silahlı hücum nəticəsində dünyasını dəyişmişdi.