İlham Əliyev və xanımı Buzovnada yataqxana binasının açılışında – Fotolar

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.

XALQ.AZ xəbər verir ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezidentə Mehriban Əliyevaya yataqxana binası barədə məlumat verilib.

Bildirilib ki, binadakı mənzillər 1, 2 və 3 otaqlıdır. Yeni yataqxana binası “Azəriqaz” QSC-nin “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib.

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilən binada mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.

Sakinlər onlar üçün yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

XALQ.AZ