Prezidentlərin görüşü sabah olacaq

52

 

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın görüşü sabah baş tutacaq.

 

Bu barədə Soçidə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Tvitter səhifəsində yazıb.
“Artıq Soçidəyik. Bu gün Azərbaycan və Rusiya prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər. Sabah isə Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaqdır”, – deyə Məmmədov yazıb.