Prezidentliyə namizəd Fernando Villavisensio öldürüldü

Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensio öldürülüb.
Prezident seçkiləri ərəfəsində naməlum şəxslər tərəfindən güllələnib.

Siyasətçi paytaxt Kitoda keçirilən tədbirdən sonra şəxsi avtomobilində hücuma məruz qalıb. Məlumata görə, onun başına üç güllə dəyib.

Qeyd edək ki, Ekvadorda prezident seçkiləri avqustun 20-də keçiriləcək.