Prinsipial mövqe

 

Cari ilin 5 iyul tarixi Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə iştirakı və çıxışı ilə yadda qaldı.
Yüksək beynəlxalq etimadın rəmzi olaraq ölkə Prezidenti İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı.
İnstitusional inkişafdan danışan ölkə rəhbəri bildirdi ki, Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır.
Ölkə rəhbəri qeyd etdi ki, beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq postpandemiya dövrü haqqında düşünməli olduq. Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi.
Qoşulmama Hərəkatına üzv olan ölkələr işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını alıblar.
Azərbaycan 2011-ci ildən etibarən BMT-dən sonra sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür. Bu qurum dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformaya çevrilməklə beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən nüfuzlu təsisatdır. 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi, daha sonra ötən il ölkəmizin sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması isə üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin mütərəqqi təşəbbüslərinə ayrılan yüksək diqqətin təzahürüdür.
Hərəkatın sədri kimi Azərbaycanın səmərəli fəaliyyəti, bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə 2021-ci il oktyabrın 11-12-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda bir daha nümayiş etdirildi. Yubiley toplantısında Azərbaycanın irəli sürdüyü təklifin reallaşması nəticəsində Bu ilin mart ayında paytaxt Bakı Qoşulmama Hərəkatının COVİD-19- qarşı mübarizə üzrə Təmas Qrupunun dünyanın 70 ölkəsindən nümayəndə heyətinin iştirak etdiyi Zirvə görüşünə ev sahibliyi etmişdir.
Bu illər ərzində Qoşulmama Hərəkatının mühüm təşəbbüslərlə çıxış etdiyi və xüsusilə COVİD-19 pandemiyasına qarşı mübarizədə liderliyinin beynəlxalq səviyyədə tanındığı vurğulanmışdır. Hələ bundan öncə – 2020-ci ilin dekabr ayında cənab İlham Əliyevin 150-dən artıq ölkənin dəstəyini almış təklifi əsasında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur. Məhz ölkəmizin ardıcıl səyləri nəticəsində ədalət və bərabərlik nümunəsi olaraq peyvənd millətçiliyinə son qoyulmuşdur. Belə ki, Qoşulmama Hərəkatı 2021-ci ildə BMT İnsan Haqları Şurası və BMT Baş Assambleyasında peyvənd millətçiliyinə qarşı qəbul edilmiş 2 qətnamənin təşəbbüskarı olmuşdur. Məhz Azərbaycanın təklifi ilə Qoşulmama Hərəkatının İşçi Qrupunun topladığı məlumatları Ümumdünya Səhiyyə Təşkilatı ehtiyacların müəyyən edilməsi üçün pandemiya ilə mübarizədə baza kimi istifadə etmişdir. Bu dövr ərzində Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Prezident İlham Əliyev bu nailiyyətlərin Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət etdiyini vurğulamışdır.
Prezident İlham Əliyevin iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə çıxışı bu gün Azərbaycanın dünya birliyində yeri və rolunun aydın mənzərəsini yaradır. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb.
10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Bu müddət ərzində dövlətimizin rəhbərliyi tərəfindən fundamental işlər görülüb, ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur.
2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutub.
Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı.
Hərəkata sədrliyi dövründə Azərbaycanın mühüm təşəbbüsləri və əldə olunan nəticələr qürurvericidir. Azərbaycan öz xarici siyasətini əməkdaşlıq müstəvisində tam bərqərar edib, ədalətli mövqeyimiz Hərəkat tərəfindən daim bəyənilərək dəstəklənib. Təsadüfi deyil ki, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Vətən müharibəsi zamanı – 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanla həmrəyliyini ifadə edib.
Qoşulmama Hərəkatına üzv olan ölkələr işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını alıblar.
Multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Hərəkat “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, habelə suverenliyin, ərazi bütövlüyünün pozulması və ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsini ucaltmalıdır.
BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.
İtirilmiş torpaqlarını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri alan Müzəffər Ordumuz bizə qalib ölkə olmaq qürurunu yaşatdıqdan sonra rəsmi Bakı ev sahibliyi etdiyi tədbirlərdə hər zaman digər işğala məruz qalan dövlərlərin də azadlığına qovuşması yolunda lazımi addımlar atır, bəyanatlar səsləndirir. Belə dövlərlər Afrikada daha çoxdur, təəssüf ki, onların müstəqilliyinə mane olmağa çalışan dövlərlər özlərini demokratik hesab edir, başqa dövlətlərin haqq işinə mane olmağa çalışırlar.
İşğalçı hegemon dövlətlərdən fərqli olaraq Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdi. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı.
Ölkə Prezidenti İlham Əliyevin apardığı mükəmməl xarici və daxili siyasət nəticəsində işğaldan azad edilən ərazilərimizdə yenidənqurma işləri planlı şəkildə davam edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Hərəkata sədrliyi dövründə Azərbaycanın prioritetlərindən danışıb.
Ehtiyacı olan ölkələrə yardım göstərilməsinin Azərbaycanın sədrliyinin prioritetlərindən biri olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın əksəriyyəti QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərdiyini, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verdiyini, həmçinin beş ölkəni peyvəndlə təmin etdiyimizi bildirib.
Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını diqqətə çatdırıb.
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirildi. Hər bir beynəlxalq əhəmiyyətli tədbir iştirakçı, ən əsası ev sahibliyi edən ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayaraq keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur.

Zərinə Hümbətova— Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci