Psixoloq: “Bəzən insan böyüsə belə, fikirləri uşaq kimi qalır”

“İnsanın özünü ifadə edə bilməməsinin müxtəlif səbəbləri var. Bu, ilk növbədə, uşaqlıq travmaları ilə bağlı olur. Çünki uşaq olarkən fikirlərinə hörmətlə yanaşılmadıqda, böyüdükdə də özlərini ifadə etməkdə çətinlik çəkirlər”. Bu sözləri  psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, bəzən insan böyüsə belə, fikirləri uşaq kimi qalır: “Bu problemlər komplekslərlə də bağlı olur.

Düşdüyümüz mühit də bizə təsir edir və özünü ifadədə problemlərə yol açır. Buna görə də özünü ifadəyə vərdiş etmək lazımdır. Bunun başqa xüsusi bir düsturu yoxdur. Sadəcə olaraq, özünə inamı artırmaq lazımdır”.