PUA heyətləri təlim-məşq uçuşları keçirir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

Müdafiə Nazirliyindən XALQ.AZ-a verilən məlumata görə, təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri  vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

XALQ.AZ