Putin başsağlığı verib

Rusiya prezidenti Vladimir Putin İtaliyanın tanınmış siyasətçisi, sabiq baş nazir Silvio Berluskoninin vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.

Bu barədə Kreml məlumat yayıb.

“Rusiyada Silvio Berluskoni ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinin ardıcıl və prinsipial tərəfdarı kimi yadda qalacaq. O, qarşılıqlı faydalı Rusiya-İtaliya tərəfdaşlığının inkişafına həqiqətən əvəzolunmaz şəxsi töhfə verib”, – deyə Putinin başsağlığında qeyd edilib.