Putin hədələdi

 

24

 

Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, o rus qoşunlarını nəinki Kiyev, hətta Avropanın digər şəhərlərinə yeridə bilər. Bu fikir Almaniyanın “Suddeutsche Zeitung” qəzetində öz əksini tapıb.

Qəzetdə bildirilir ki, Putin ukraynalı həmkarı Petro Poroşenko ilə söhbəti zamanı belə deyib. Poroşenko isə bu söhbəti Avropa Komissiyasının prezidenti Xose Manul Barrozoya danışıb. “Mən istəsəydim, rus qoşunları  Kiyevlə yanaşı, Riqa, Vilnus, Tallin, Varşava və Buxarestdə ola bilərdi” – deyə Putinin bəyanatı qeyd olunub.

Putin həmçinin, Poroşenkoya məsləhət verib ki, Avropa İttifaqına çox arxalanmasın.  O istəsə, Avropa Şurası səviyyəsində təsir edə və qərarların qəbulunu blok edə bilər.