Putin İlham Əliyevi belə qarşıladı – VİDEO

Rusiya Prezidenti Vladimir Putin Moskvada üçtərəfli danışıqlar öncəsi Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı Kremldə səmimi şəkildə qarşılayıb.

XALQ.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin İlham Əliyevin əlini sıxıb və qucaqlayıb, daha sonra Nikol Paşinyanı salamlayıb.

Tərəflər masa arxasına keçərkən Ermənistanın hökumət rəhbəri Azərbaycan dövlət başçısına rus dilində “salam” verib. İlham Əliyev isə onun salamını sadəcə başını yelləyərək qəbul edib.

Rusiya prezidentinin çıxışından sonra danışıqlar qapalı qapılar arxasında davam edib.

XALQ.AZ