Putin: “Kömək etməyə hazırıq”

Moskva Bakı ilə İrəvan arasında danışıqlar təşkil etməyə hazırdır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Putin qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqavilənin imzalanmasına kömək etməyə hazırdır.