Putin Krım gözəlçəsini prokuror təyin etdi

45

 

Rusiya prezidenti Natalya Poklonskayanı Krımın prokuroru təyin olunması haqqında fərman imzalayıb.

ANS PRESS-in verdiyi məlumata görə, Vladimir Putin İqor Şevçenkonu da Sevastopolun prokuroru vəzifəsinə təsdiq edib. Əmrlər Kremlin rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, martın sonunda Rusiyanın baş prokuroru Çayka Krım respublikasının və Sevastopol şəhərinin Rusiya Federasiyası prokurorluğunun sistemində prokurorluqların yaranması haqqında əmr imzalamışdı.

Krım prokurorunun vəzifəsini icra etmək Poklonskaya, Sevastopolun prokurorunun vəzifəsini isə icra etmək isə Şevçenkoya həvalə olunmuşdu.

“Poklonskaya Natalya Vladimirovna — Krım Respublikasının prokuroru. Şevçenko İqor Serqeyeviç — Sevastopol şəhərinin prokuroru. Fərman imzalandığı günündən qüvvəyə minir”, – Putinin fərmanında belə yazılıb.

Qeyd edək ki, Krım və Sevastopol bir neçə onilliklər boyunca Ukraynanın tərkibinə daxil idi.