Putin soydaşımızı medalla təltif edib

Prezident Vladimir Putin soydaşımız, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovu ikinci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” medalı ilə təltif edib.Rafael Hüseynov 1949-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsində, Paris Sorbon Universitetində təhsil alıb. “Molodyoj Azerbaycana”, “Komsomolskaya Pravda”, “Trud” və digər qəzetlərdə, ölkəmizin Rusiyadakı səfirliyində işləyib. Rusiyanın Əməkdar mədəniyyət işçisidir.