Qənirə Paşayeva şəhid və qazi ailəsi ilə görüşdü

Qənirə Paşayeva şəhid Baş leytenant Orxan Emnalıyevin ailəsi ilə görüşüb.
XALQ.AZ xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Mülkülü kənd sakini, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Baş leytenant Orxan Emnalıyevin atası Eyvaz Emnalıyev və digər ailə üzvləri ilə Milli Məclisdə görüşüb, onları tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Qəhrəman şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Orxan kimi zabitlərimizlə hər zaman qürur duyacağıq!
Onun və cəbhə yoldaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!Q.Paşayeva şəhid zabitin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

****

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunun Dondar Quşçu kənd sakini, Vətən Müharibəsində ağır yaralanmış qazi Şəmsi Lətif oğlu Məmmədov və ailə üzvləri ilə Milli Məclisdə görüşüb, qazini və ailə üzvlərini tarixi zəfər münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb:“Əziz qazimiz, siz Vətən Müharibəsi boyu müxtəlif istiqamətlərdə ağır döyüşlərdə fədakarlıqla iştirak etmisiz. Şuşa istiqamətindəki döyüşlərdə yaralandığınızı, əməliyyat olunduğunuzu bilirik; ağxalatlı həkimlərimizin şəfqətli əlləri ilə günbəgün yaxşılaşdığınızı eşitməkdən şadıq.Əmin ola bilərsiniz ki, dövlətimiz, xalqımız Sizin kimi dəyərli qazilərimizlə fəxr edir, Sizi düşünür və Sizinlə bağlı bütün məsələlərə bundan sonra da diqqətlə yanaşılacaq.Bir daha Sizi tarixi zəfər münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni təqvim ilində yeni uğurlar diləyirəm”!Q.Paşayeva qaziyə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.Qazi Ş.Məmmdəov səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.