Qənirə Paşayeva autizmli uşaqlardan danışdı

82

 

 

Akademik Milli Dram Teatrında autizmdən əziyyət çəkən və kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva xüsusi qayğıya ehtiyacı olan uşaqlara, əlil uşaqları olan ailələrə qarşı insani anlayışı, vətəndaş məsuliyyəti məsələsini ön plana çəkərək, xeyriyyə aksiyasına dəstək verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, bütün qurumlara, tədbirin bütün iştirakçılarına təşəkkür edib.

Tədbirin əsas təşkilatçılarından olan “Birgə və Sağlam” İB-nin sədri Aytən Zeynalova rəhbərlik etdiyi təşkilatı, onun missiyası barədə, autizmdən əziyyət çəkən uşaqlara dəstək istiqamətində gördükləri işlərdən danışıb. O bildirib ki, öz övladı da bu xəstəlikdən əziyyət çəkir.

Türkiyə Cümhuriyyətinin Azərbaycan səfirliyinin Mədəniyyət və Tanıtma Müşaviri Seyid Əhməd Arslan xeyriyyə məqsədi daşıyan bu layihəyə dəstək göstərməkdən məmnunluq duyduğunu vurğulayıb və xeyriyyə, insanlıq naminə həyata keçirilən bu aksiyaların bu cür xəstəlikdən əziyyət çəkən insanlara dəstək istiqamətində cəmiyyət üçün də mühüm əhəmiyyət daşıdığını deyib.

Təşkilatçılar adından Atalay Dəmirçiyə mükafatla bərabər, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB adından xüsusi hədiyyə və modelyer Gülnarə Xəlilova tərəfindən Azərbaycan mədəniyyətini özündə əks etdirən əl işi təqdim edilib.