Qənirə Paşayeva da parlament seçkilərinə qatılır

Beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva gələn ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

XALQ.AZ xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında yazıb:

“Milli Məclisdə şərəflə və qürurla təmsil etdiyim 105 saylı Tovuz seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim. İnanıram ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm”.

Orxan